Lionel Messi bu yaxınlarda verdiyi müsahibədə qısa bir sorğuda iştirak edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, Argentina millisinin oyunçularını ən gözlənilməz kateqoriyalarda - yumorla və senzurasız seçib:

• Kiminlə kimsəsiz adasına gedərdiniz? - De Pol
• Meydanda ən çox kim şikayət edir? - De Pol
• Gün ərzində “Instagram”ınızı idarə etmək üçün kimə etibar edərdiniz? - Di Mariya
• Uşaqlarınıza baxmaq üçün kimə etibar etməzdiniz? - Emiliano Martines
• Zarafatı ən pis qəbul edən kimdir? - Di Mariya
• Geyimlərə ən çox kim pul xərcləyir? - Otamendi
"Onun geyinmə tərzini bəyənirəm, amma eyni şeyi geyinsəm, axmaq kimi görünəcəyəm", - Messi qeyd edib.