Messi PSJ ilə müqaviləni  ən azı iki mövsüm   uzada bilər
26 yanvar 2023 17:52 (UTC +04:00)

Messi PSJ ilə müqaviləni ən azı iki mövsüm uzada bilər

PSJ-nin argentinalı hücumçusu Lionel Messi klubu ilə müqaviləni uzadacaq.

Lent.az bildirir ki, xarici KİV-in məlumatına görə, müqavilə ən azı iki mövsümlük olacaq. Dünya çempionunun maaşının artırılacağı qeyd edilir. Hazırda Messi digər komandalardan ciddi təklif almayıb.

Bu mövsüm 35 yaşlı forvard PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 21 oyunda 13 qol vurub və 14 məhsuldar ötürmə edib.

Messi Argentina millisinin heyətində dünya çempionu olub. Finalda Argentina Fransaya qalib gəlib (3:3, 4:2 pen.). Messi 2022-ci il dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

# 1374
avatar

Oxşar yazılar