“Milan”ın  baş məşqçi postuna   NAMİZƏDLƏR
08 fevral 2023 00:27 (UTC +04:00)

“Milan”ın baş məşqçi postuna NAMİZƏDLƏR

İtaliya çempionu "Milan" klubun baş məşqçisi Stefano Pioli ilə müqaviləni yeniləmək niyyətində deyil.

Lent.az-ın xarici mediaya istinadən xəbər verir ki, “Milan”ın rəhbərliyi "Tottenhem"in baş məşqçisi Antonio Konte və "Brayton” un baş məşqçisi Roberto De Dzerbinin namizədliklərini nəzərdən keçirir.

Kontenin müqaviləsi bu mövsümün sonuna kimi hesablanıb. London klubunun əməkdaşlığı uzadacağı ehtimalı azdır.

Stefano Piolinin başçılıq etdiyi “Milan” son 4 oyunda “Sassuolo”, “Latsio” və iki dəfə “İnter”ə uduzub.

Piolinin "Milan"la müqaviləsi iyun ayına qədərdir.

# 149625
avatar

Oxşar yazılar