Modriçdən  millidəki karyerası   ilə bağlı QƏRAR
03 dekabr 2022 16:19 (UTC +04:00)

Modriçdən millidəki karyerası ilə bağlı QƏRAR

"Real"ın yarımmüdafiəçisi Luka Modriç Xorvatiya millisindəki karyerasını bitirmək fikrində olmadığını bildirib.

“Xeyr, mən milli komandanı tərk etmirəm. Özümü yaxşı formada hiss edirəm, çox yaxşı hiss edirəm və bacardığım qədər burada qalacağam. Getmək üçün heç bir səbəbim yoxdur. Bu mənim seçimimdir.

İnsanlar deyirlər ki, mən millidən getməliyəm və diqqətimi klub futboluna yönəltməliyəm? Razı deyiləm”, - Lent.az bildirir ki, o, mətbuata açıqlamasında belə deyib.

Xatırladaq ki, dünya çempionatında Xorvatiya qrupda ikinci yerdən pley-offa yüksəlib və 1/8 finalda Yaponiya komandası ilə oynayacaq.

Modriç bu mövsüm klub səviyyəsində 18 oyuna çıxıb və 5 qol vurub.


 

# 1764
avatar

Oxşar yazılar