Bakıda yetkinlik yaşına çatmayan şəxsə qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunaraq saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq hərəkətləri davam etdirilir.
***
18:14
Bakıda 16 yaşlı məktəbli oğlan manatlıq taksidə sürücünün seksual xarakterli təzyiqinə məruz qaldığını bildirib.
Lent.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 20-də saat 21 radələrində baş verib.
Belə ki, 11-ci sinif şagirdi dərsdən qayıdarkən metronun "Koroğlu" stansiyasından Buzovna qəsəbəsinin "Albalılıq" massivinə gedən manatlıq taksiyə minib.
İddia olunur ki, avtomobildə tək qaldığı zaman sürücü onunla əxlaqsız söhbətlər edib və seksual xarakterli fiziki təzyiq göstərib.
Əldə etdiyimiz məlumata görə, hadisə polis tərəfindən araşdırılır.