"Neftçi"nin baş məşqçisinə dörd oyunluq cəza verildi
13 noyabr 2025 14:33 (UTC +04:00)

"Neftçi"nin baş məşqçisinə dörd oyunluq cəza verildi

0

"Neftçi" komandasının baş məşqçisi Samir Abasov dörd oyunluq cəza alıb.

Lent.az-ın xəbərinə görə, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Mütəxəssis "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XI turunun oyunundan sonra hakimi təhqir etdiyi üçün cəza ilə üzləşib. Paytaxt klubu buna görə 10000 manat cərimələnib.

"Ağ-qaralar" azarkeşlərin sözügedən matçda meydana kənar əşya atması ucbatından 3500 manat ziyana düşüb. Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlanıb.

"Neftçi" fanatlar rəqib komandanın ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün 7000 manat, tərəfdarların oturacaqları sındırmasına və stadiona zərər vurmasına görə 3000 manat ödəyəcək.

"Qarabağ" isə azarkeşlərin təhqiramiz ifadələr işlətməsinə görə 6000 manat cərimə olunub. Bu hal da cari mövsümdə 2-ci dəfə təkrarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar