“Neftçi”yə yeni  baş məşqçi  təyin olundu
09 dekabr 2025 15:24 (UTC +04:00)

“Neftçi”yə yeni baş məşqçi təyin olundu

0

“Neftçi” PFK-nın baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib. Ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Lent.az xəbər verir ki, bu barədə "Neftçi" klubu məlumat yayıb

Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” (Soliqorsk), Moldovada “Şerif” klublarında çalışıb.

Təcrübəli məşqçi müxtəlif illərdə “Zarya” və “Krivbass” ilə Ukrayna çempionatının bürünc mükafatçısı, “Şerif”lə 2 dəfə Moldova çempionu olub.

“Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, “Krivbass”ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Qeyd edək ki, məşqçilər korpusunda Vernidubun köməkçiləri – Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 470

Oxşar yazılar