"Santos"un futbolçusu Neymar karyerasını bitirməyə hazırlaşır.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, braziliyalı artıq futbol həyatını sonlandırmağı planlaşdırır.
O, Braziliya millisi ilə yayda keçiriləcək dünya çempionatında iştirak etmək arzusundadır. Bu reallaşmasa, vinger karyerasını davam etdirməyəcək.
2023-cü ildəın milli komandaya çağırılmayan Neymar yeni baş məşqçi Karlo Ançelottinin onu heyətə daxil edəcəyini düşünür.
"Barselona", PSJ və "Əl-Hilal"ın şərəfini qorumuş futbolçu yığmanın heyətində 128 oyunda 79 qol vurub. Bu rəqəm Braziliya tarixinin rekordudur.