Neymarın zədələnməsi ilə bağlı ŞOK İDDİA:  Qəsdən edilib
27 noyabr 2022 13:29 (UTC +04:00)

Neymarın zədələnməsi ilə bağlı ŞOK İDDİA: Qəsdən edilib

Braziliya millisi hesab edir ki, serbiyalı futbolçular dünya çempionatının qrup mərhələsinin 1-ci turunun oyunu zamanı Neymarı qəsdən zədələməyə cəhd ediblər. 

Lent.az bildirir ki, “Marca”nın məlumatına görə, bundan başqa, Braziliya millisi serblərin Vinisius Junioru da zədələməyə çalışacaqlarından ehtiyat edirmiş.

Braziliya millisi bunun belə olacağını gözləyirmiş. Braziliyanın məşqçilər korpusunun üzvləri “Marca”ya bildiriblər ki, komandalarının oyunçularına edilən bu qədər qayda pozuntusu onları narahat etmir. "Biz bilirik ki, rəqiblər onları hədəfə alacaq və biz bununla məşğul olmalıyıq", - deyiblər.

DÇ-2022-nin Braziliya və Serbiya milli komandaları arasında keçirilən açılış oyununda (2:0) Neymar 9 dəfə kobud oyuna məruz qalıb və o, zədələnib. Onun dünya çempionatının ⅛ finalının oyununa kimi sağalacağı gözlənilir.

# 2283
avatar

Oxşar yazılar