Norveç millisi İtaliyanı darmadağın etdi
07 iyun 2025 01:02 (UTC +04:00)

Norveç millisi İtaliyanı darmadağın etdi

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Lent.az xəbər verir ki, 3 qrupda III turun 6 qarşılaşması təşkil olunub.

Günün oyunu Norveçdə baş tutub. Yerli komanda İtaliyanı qəbul edib. Qonaqlar seçmə mərhələnin debüt matçında ağır məğlubiyyətə uğrayıblar. Vikinqlər ilk hissədə 3 cavabsız qol vurublar və bu, nəticəni sonadək qoruyublar.

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç, "Neftçi"dən Edviç Kuçun yer aldığı Monteneqro millisi isə Çexiyanın qonağı olub. Görüş çexlərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

I qrupu

22:45 Norveç – İtaliya - 3:0
22:45 Estoniya – İsrail - 3:1

Xal durumu: Norveç – 9, Estoniya – 3, İsrail – 6, İtaliya – 0, Moldova – 0

J qrupu

22:45 Şimali Makedoniya – Belçika 1:1
22:45 Uels – Lixtenşteyn 3:0

Xal durumu: Uels - 7, Şimali Makedoniya – 5, Qazaxıstan – 3, Belçika – 1, Lixtenşteyn – 0

L qrupu

22:45 Çexiya – Monteneqro 2:0
22:45 Cəbəllütariq – Xorvatiya 0:7

Xal durumu: Çexiya – 9, Monteneqro – 6, Xorvatiya – 3, Farer adaları – 0, Cəbəllütariq – 0

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar