ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino "Tottenhem"ə qayıtması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, argentinalı mütəxəssis deyib:
"Düşünürəm ki, 2019-cu ildə gedəndən sonra hər dəfə "Tottenhem"də baş məşqçi yeri vakansiya olanda komandaya geri qayıdacağım söylənilir. Mənim adım siyahıdadır. Şayiələrə baxdım. Klubun siyahısında 100 baş məşqçinin olduğunu gördüm.
Məncə, bununla bağlı narahat olmağa ehtiyac yoxdur. Əgər bir şey olarsa, mütləq görəcəksiniz, amma bu gün bu barədə danışa bilmərik, çünki bu gün real olduğunu düşünmürəm. Mən olduğum yerdəyəm".
Argentinalı 2014-2019-cu illərdə “Tottenhem”i çalışdırıb və komanda ilə birlikdə londonluların “Liverpul”a uduzduğu (0:2) Çempionlar Liqasının finalına yüksəlib. Poçettino həmçinin "Espanyol", "Sauthempton", PSJ və "Çelsi"nin baş məşqçisi vəzifəsində çalışıb.
Məşqçinin ABŞ millisi ilə müqaviləsi 2026-cı il iyulun 31-dək qüvvədədir.
.