"Monako" yarımmüdafiəçi Pol Poqbanı transfer etməyə yaxındır.
Lent.az xəbər verir ki, transferin yekun detalları razılaşdırılır. Futbolçu ilə iki illik müqavilə hazırdır. Poqba hazırda azad agentdir.
Xatırladaq ki, Poqbanın dopinqə görə 4 illik diskvalifikasiya müddəti 18 aya endirilib. Belə ki, Fransa millisinin sabiq futbolçusu cəzasını mart ayında başa vurub. Mətbuatda yayılan xəbərlərə görə, "Monako"dan başqa, "Marsel" də Poqba ilə maraqlanır.
2023/2024 mövsümündə Poqba "Yuventus"un heyətində cəmi iki oyun keçirib, o vaxtdan fransalı rəsmi oyunlarda iştirak etməyib.