Premyer Liqa tarixini dəyişən 10 transfer – Zirvədə kimdir?
03 sentyabr 2026 13:09 (UTC +04:00)

Premyer Liqa tarixini dəyişən 10 transfer – Zirvədə kimdir?

0

İngiltərə Premyer Liqasında bəzi futbolçuların transferi yalnız klubların deyil, bütövlükdə çempionatın gələcəyini dəyişib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa tarixinin ən böyük təsirə malik 10 transferinin reytinqi hazırlanıb.

Siyahıda “Çelsi”nin əfsanəvi qapıçısı Petr Çex onuncu yeri tutub. London klubu onu 2004-cü ildə “Renn”dən 7 milyon funt-sterlinqə alıb. Çex ilk mövsümündə cəmi 15 qol buraxıb və 24 oyunda qapısını toxunulmaz saxlayıb.

Doqquzuncu pillədə 1992-ci ildə “Sauthempton”dan “Blekbern”ə keçən Alan Şirer qərarlaşıb. O, 1994/95 mövsümündə 34 qol vuraraq komandasının çempionluğunda əsas rol oynayıb.

Sonrakı yerləri Karlos Teves, Robinyo, Vircil van Deyk, Robin van Persi və Sol Kempbell tutublar. Teves “Vest Hem”i Premyer Liqada saxlamağa kömək edib, Robinyo isə “Mançester Siti”nin yeni və iddialı dövrünün ilk böyük transferinə çevrilib. Van Deykin gəlişindən sonra “Liverpul” müdafiəsini gücləndirib, Çempionlar Liqasının və Premyer Liqanın qalibi olub.

İlk üçlükdə N’Qolo Kante, Serxio Aquero və Erik Kantona yer alıb. Kante “Lester”in sensasiyalı çempionluğunun əsas simalarından biri olub. Aquero “Mançester Siti”yə 44 ildən sonra İngiltərə çempionluğunu qazandıran tarixi qola imza atıb.

Reytinqin birinci pilləsində isə Erik Kantona qərarlaşıb. “Mançester Yunayted” onu 1992-ci ildə “Lids”dən 1,6 milyon funt-sterlinqə transfer edib. Fransalı hücumçu klubun 26 illik çempionluq həsrətinə son qoymasına kömək edib və beş il ərzində dörd dəfə Premyer Liqanın qalibi olub.

Tam siyahı:

1. Erik Kantona – “Lids”dən “Mançester Yunayted”ə

2. Serxio Aquero – “Atletiko Madrid”dən “Mançester Siti”yə

3. N’Qolo Kante – “Kan”dan “Lester”ə

4. Sol Kempbell – “Tottenhem”dən “Arsenal”a

5. Robin van Persi – “Arsenal”dan “Mançester Yunayted”ə

6. Vircil van Deyk – “Sauthempton”dan “Liverpul”a

7. Robinyo – “Real Madrid”dən “Mançester Siti”yə

8. Karlos Teves – “Korintians”dan “Vest Hem”ə

9. Alan Şirer – “Sauthempton”dan “Blekbern”ə

10. Petr Çex – “Renn”dən “Çelsi”yə.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar