Premyer Liqanın  “Şöhrət zalı”na   daxil edildilər
29 mart 2023 19:57 (UTC +04:00)

Premyer Liqanın “Şöhrət zalı”na daxil edildilər

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson və “Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger Premyer Liqanın “Şöhrət zalı”na daxil edilib.

Lent.az bildirir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Premyer Liqanın “Şöhrət zalı” 2021-ci ildən qüvvədədir. Əvvəllər Tyeri Anri, Alan Şirer, Devid Bekhem, Frenk Lempard Ueyn Runi, Piter Şmeyxel və bir sıra digər məşhur futbolçular onun üzvü olub.

Ser Aleks Ferqusson 13 dəfə "Mançester Yunayted"i çempionluğa çatdırıb və onu liqa tarixinin ən uğurlu baş məşqçisi edib. Arsen Venger Premyer Liqada üç liqa titulunu qazanıb, bunlardan biri 2003/2004 mövsümündə, "Topçular" liqada məğlubiyyətsiz getdiyi vaxt olub. Fergusson və Venger “Şöhrət zalı”na daxil olan ilk məşqçilərdir.

Məlumata görə, 2023-cü ildə “Şöhrət zalı”na daha üç nəfər daxil olacaq.

# 1572
avatar

Oxşar yazılar