Prezident "Qarabağ"ı qələbə münasibətilə təbrik etdi
22 yanvar 2026 00:55 (UTC +04:00)

Prezident "Qarabağ"ı qələbə münasibətilə təbrik etdi

0

 Prezident İlham Əliyev "Qarabağ"ı qələbə münasibətilə təbrik edib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu ürəkdən təbrik edirəm!

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə "Qarabağ"ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın "Qarabağ"!"

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar