PSJ-də qalmağına  peşmandır
01 fevral 2023 18:19 (UTC +04:00)

PSJ-də qalmağına peşmandır

“El Chiringuito” televiziyasının jurnalisti Edu Aqurre, PSJ-nin hücumçusu Kilian Mbappenin 2022-ci ilin yayında “Real”a keçmədiyinə peşman olduğunu açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbərinə görə, ispaniyalı reportyorun proqramın “YouTube” kanalında efirdə qeyd etdiyi kimi, 24 yaşlı fransız Madrid klubuna keçmək fürsətini gözləyir. Mbappe onu da ətrafına bildirib ki, onun PSJ ilə müqaviləsi razılaşma münasibətilə keçirilən mətbuat konfransında elan olunduğu kimi 2025-ci ilə qədər deyil, 2024-cü ilə qədər bağlanıb.

2022-ci ilin yayında fransalı hücumçu azad agent kimi “Real”a gedə bilərdi, lakin sonda PSJ-də qalaraq yeni müqavilə imzalamağa qərar verib. Mbappe bu mövsüm Fransa klubunun heyətində bütün turnirlərdə 25 oyuna çıxıb, 25 qol vurub və 6 məhsuldar ötürmə edib.


 

# 1440
avatar

Oxşar yazılar