PSJ Neymarı 50 milyona  satmağa hazırdır
23 iyun 2022 19:15 (UTC +04:00)

PSJ Neymarı 50 milyona satmağa hazırdır

Fransa çempionu PSJ 2017-ci ildə "Barselona"dan 222 milyon avroya aldığı braziliyalı hücumçu Neymarı 50 milyon avroya satmağa hazırdır. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Paris klubu 30 yaşlı futbolçunun transferini Kataloniya klubuna təklif edib.

Neymar isə karyerasını PSJ-də davam etdirmək istəyir.

Ötən mövsüm braziliyalı Fransa klubunun heyətində bütün turnirlərdə 28 oyun keçirib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.

Onun PSJ ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

# 1527
avatar

Oxşar yazılar