"Qalatasaray"ın  yeni transferi İlkay Gündoğan  İstanbula gəlib
02 sentyabr 2025 17:32 (UTC +04:00)

"Qalatasaray"ın yeni transferi İlkay Gündoğan İstanbula gəlib

0

"Qalatasaray"ın transferi ilə bağlı razılaşdığı "Mançester Siti"nin futbolçusu İlkay Gündoğan İstanbula gəlib.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

"Sarı-qırmızılılar"in 34 yaşlı yarımmüdafiəçi ilə tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü ötən mövsüm "Siti"nin heyətində meydana çıxdığı 54 rəsmi oyunda 5 qol və 8 assistlə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar