“Qarabağ” Çempionlar Liqasının pley-offunda
09 avqust 2022 23:57 (UTC +04:00)

“Qarabağ” Çempionlar Liqasının pley-offunda

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu buna Macarıstan “Ferensvaroş”unu qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdırmaqla nail olub.

Ötən həftə III təsnifat mərhələsinin Bakıdakı ilk görüşündə 1:1 hesablı heç-heçə ilə kifayətlənən Ağdam klubu cütün taleyini səfərdə həll edib. Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibinə qalib gəlməyi bacarıb. İlk yarıda Abdullah Zubir, fasilədən sonra isə iki dəfə İbrahima Vadji Macarıstan çempionunun qapısına yol tapıb. Son dəqiqələrdə macarlar bu toplardan birinin əvəzini çıxsa da, Azərbaycan çempionu səfərdən qələbə ilə ayrılıb - 3:1. 

Bu qələbə ilə “Qarabağ” Çempionlar Liqasının pley-offuna yüksəlib. “Ferensvaroş” isə Avropa Liqasının pley-offunda oynayacaq.

Ağdam təmsilçisi növbəti raundda Çexiya “Viktoriya”sı ilə görüşəcək. “Qarabağ” avqustun 16-17-də evdə, 23-24-də səfərdə meydana çıxacaq. Bu cütün qalibi Çempionlar Liqasının, məğlubu Avropa Liqasının qrupunda oynayacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
9 avqust
22:00. "Ferensvaroş" (Macarıstan) - “Qarabağ” (Azərbaycan) - 1:3

Qollar: Adama Traore, 86 // Abdullah Zubir, 7, İbrahima Vadji, 55, 78

“Ferensvaroş”: 90. Deneş Dibus (k), 10. Tokmak Nquen, 13. Anderson Esiti, 16. Kristoffer Zahariassen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 70. Frank Boli, 93. Ayssa Ləyduni, 15. Adnan Kovaçeviç, 25. Ramus Telander
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Şoboş Merql, 23. Lorand Paska, 19. Balint Veçei, 44. Stepan Lonçar, 28. Karlos Auski, 50. Markinyos, 76. Kristian Listeş, 5. Muhammed Basiç, 8. Sami Mmae, 4. Mats Knuster 
Baş məşqçi: Stanislav Çerçesov

“Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 2. Qara Qarayev (k), 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 20. Kadi Borqes, 77. Ramil Şeydayev  
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 6. Julio Romao, 15. Leandro Andrade, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 19. Filip Ozobiç, 7. Riçard Almeyda
Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Budapeşt. “Ferensvaroş” stadionu
İlk oyun – 1:1

# 2691
avatar

Oxşar yazılar

Ronaldo İsveçlə oyunu buraxacaq

Ronaldo İsveçlə oyunu buraxacaq

19 mart 2024 , 11:14
"Real" hakimdən şikayət etdi

"Real" hakimdən şikayət etdi

19 mart 2024 , 09:20
 Qaraçılar   Olimpiya mükafatçısının  çantasını   oğurladılar

Qaraçılar Olimpiya mükafatçısının çantasını oğurladılar

18 mart 2024 , 19:47
Futbolçu meydanda qəfildən  yıxıldı,   oyun dayandı -  VİDEO

Futbolçu meydanda qəfildən yıxıldı, oyun dayandı - VİDEO

18 mart 2024 , 18:52
PSJ-də  250-ci qolunu   vurdu

PSJ-də 250-ci qolunu vurdu

18 mart 2024 , 17:47
"Atletiko”nun azarkeşləri Feliksin  formasını   yandırdılar -  VİDEO

"Atletiko”nun azarkeşləri Feliksin formasını yandırdılar - VİDEO

18 mart 2024 , 15:57
Yenidən FİFA rəhbəri seçiləndən sonra  maaşı artırıldı

Yenidən FİFA rəhbəri seçiləndən sonra maaşı artırıldı

18 mart 2024 , 12:18
Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

18 mart 2024 , 10:52