Antoni Konte,  “Napoli”nin baş məşqçisi
23 noyabr 2025 14:26 (UTC +04:00)

Antoni Konte, “Napoli”nin baş məşqçisi

“Qarabağ” Çempionlar Liqasının sürpriz komandasıdır”

0

“Napoli”nin baş məşqçisi Antoni Konte A Seriyasının 12-ci turunda “Atalanta” ilə oyun (3:1) haqda danışıb.

Lent.az “Football Italia”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Çempionlar Liqasının 5-ci turunda “Qarabağ”a qarşı keçiriləcək oyundan gözləntilərini də bölüşüb:

“İndi bizi bu mövsüm Çempionlar Liqasının sürpriz komandası olan “Qarabağ”la oyun gözləyir. Özümüzə gəlməli və yeni bir çətinliyə hazırlaşmalıyıq”.

“Atalanta” üzərində qələbə qazanan “Napoli” turnir cədvəlinin zirvəsinə qayıdıb.

“Napoli” – “Qarabağ” matçı noyabrın 26-da Dieqo Armando Maradona stadionunda keçiriləcək və saat 00:00-da start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 126

Oxşar yazılar