“Qarabağ” səfərdə “Atletik”ə məğlub oldu
22 oktyabr 2025 22:40 (UTC +04:00)

“Qarabağ” səfərdə “Atletik”ə məğlub oldu

0

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu başa çatıb.

Lent.az xəbər verir ki, "San Mames" stadionunda təşkil olunan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade, rəqibdə isə Qorka Quruseta ( 2 qol ) ilə Robert Navarro fərqləniblər .

Hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.


***

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyununda ikinci hissə başlayıb.

Lent.az xəbər verir ki, "San Mames" stadionunda təşkil olunan görüşün ilk yarısından sonra hesab bərabərdir - 1:1.


***

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyununda hesab açılıb.

Lent.az xəbər verir ki, "San Mames" stadionunda təşkil olunan görüşün 1-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Leandro Andrade fərqlənib.

Matçı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edir.


***
20:45

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu başlanıb.

Lent.az xəbər verir ki, "San Mames" stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 20:45-də start götürüb. Matçı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1007

Oxşar yazılar