"Qarabağ"dan daha bir UĞUR
09 aprel 2024 11:47 (UTC +04:00)

"Qarabağ"dan daha bir UĞUR

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası futbol klublarının dünya reytinqi açıqlanıb.

Lent.az xəbər verir ki, Azərbaycan cədvəldə 3 komanda ilə təmsil olunub. 

13 pillə irəliləyən "Qarabağ" (176,5 xal) 48-cı sırada yer alıb. Bir pillə irəliləyən "Neftçi" (62 xal) 377-ci, 4 pillə qalxan "Sabah" (58,75 xal) isə 413-cüdür.

Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (401 xal) liderlik edir.

# 1923
avatar

Arzu Qurbanlı

Oxşar yazılar