Qvardiola Haalandın qol vura bilməməsindən DANIŞDI:  “Nənəsi ölüb”
21 fevral 2024 19:33 (UTC +04:00)

Qvardiola Haalandın qol vura bilməməsindən DANIŞDI: “Nənəsi ölüb”

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqa oyununda "Brentford"u məğlub etdikdən (1:0) sonra “şəhərlilər”in son oyunlarında bir çox təhlükəli şanslardan istifadə etməyən komandasının hücumçusu Erlinq Haalandı niyə tənqid etmir sualını cavablandırıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Brentford”la oyunda yeganə qolu 71-ci dəqiqədə Haaland vurub.

“Gənc olanda keçmiş dostum mənə deyirdi: “Top hücumçular çox qol vurur, onları tənqid etmə, əks halda sənin ağzını bağlayarlar”.

Onun sözlərinə görə, gec-tez Haaland öz qollarını vuracaq: “O, iki ay idi ki, zədə səbəbindən yox idi, nənəsi ölüb, asan deyil. Şans verəcəyim bir oyunçunu seçməli olsam, o olardı”, - Qvardiola mətbuat konfransında deyib.
 

# 3480
avatar

Oxşar yazılar