Qvardiolanın "Mançester Siti"dəki gələcəyi  təhlükə altındadır
18 yanvar 2026 14:04 (UTC +04:00)

Qvardiolanın "Mançester Siti"dəki gələcəyi təhlükə altındadır

0

"Mançester Siti" rəhbərliyi Pep Qvardiola ilə gələcək əməkdaşlığı müzakirə etməyi planlaşdırır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, "Mançester Siti" artıq "Çelsi"nin keçmiş baş məşqçisi Enzo Mareska ilə əlaqə qurub və gələn mövsüm komandanı çalışdırmaq imkanını müzakirə edib.

Lakin Qvardiolanın komandadakı nəticələri "Mançester Siti" sahiblərini qane edərsə, Pep klubda qala bilər. Daha əvvəl ispaniyalı mütəxəssisin "Mançester Siti"dəki vəzifəsini başa vurmaq istədiyi bildirilib.

Xatırladaq ki, Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayında bitir. O, 2016-cı ilin yayından bəri komandaya rəhbərlik edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar