Ramazan ayına görə   döyüş təxirə salındı
03 fevral 2023 15:29 (UTC +04:00)

Ramazan ayına görə döyüş təxirə salındı

Ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüşün təxirə salınmasına səbəb Ramazan ayı olub. 

Lent.az bildirir ki, bu barədə “Matchroom Boxing” promouterlik şirkətinin rəhbəri Eddi Hirn məlumat verib.

Funksionerin sözlərinə görə, martın əvvəlində boksçuların döyüşü razılaşdırmağa vaxtları olmayıb və bu səbəbdən də təxirə salınmalı olub.

"Gecikmə döyüşçülərin tələbi ilə bağlıdır. Təbii ki, Ramazan ayının da bitməsini gözləmək lazımdır. Buna görə də mart tarixi ləğv olundu. Döyüşün apreldə olacağına əmin deyiləm. Bu, döyüşçülərin tələbi ilə bağlıdır". Ola bilər ki, sonra olsun, amma ümid edirəm ki, bu döyüş baş tutacaq.

Ağır çəkidə şəksiz dünya çempionunun olması çox gözəldir. Onlara bu qədər pulu ancaq Səudiyyə Ərəbistanı ödəyə bilər. Düşünürəm ki, bu döyüş növbəti olacaq, amma siz heç vaxt yəqibn ki, deyə bilməzsiniz", - Hirn söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl Tayson Furinin promouteri öz yetirməsi ilə Aleksandr Usik arasında döyüşün yeni tarixini təsdiqləmişdi.

# 2850
avatar

Oxşar yazılar