“Real” heyətinə qapıçı qatır
18 may 2022 05:11 (UTC +04:00)

“Real” heyətinə qapıçı qatır

“Real” yeni qapıçı ilə güclənməyi planlaşdırır.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, İspaniya klubu David Ospinanın xidmətində maraqlıdır.

“Napoli”nin kolumbiyalı qapıçısı yayda azad agent statusu alacaq. “Real” da 33 yaşlı əlcək sahibini pulsuz heyətinə qatmaq imkanından yararlanmaq niyyətindədir. O, yeni komandasında Tibo Kurtuanın əvəzləyicisi ola bilər.
 

# 1665
avatar

Oxşar yazılar