"Real"ın keçmiş ulduzu  həbs oluna bilər
05 oktyabr 2022 19:26 (UTC +04:00)

"Real"ın keçmiş ulduzu həbs oluna bilər

Keçmiş dünya futbol ulduzu dəmir barmaqlıqlar arxasına düşə bilər. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Mançester Siti"nin və "Real"ın keçmiş futbolçusu Robinyonu İtaliyada həbsxana həyatı gözləyir.

Məsələ burasındadır ki, hələ 2017-ci ildə Robinyo və dostu 22 yaşlı Albaniya vətəndaşını zorlamaqda təqsirli biliniblər.

Keçmiş “selesao” ulduzu hökmə etiraz etməyə çalışıb və dostu ilə birlikdə ən yüksək məhkəmələrə bir neçə apelyasiya şikayəti verib, lakin hamısı rədd edilib. İndi İtaliya qanunlarına görə, futbolçunu 9 il həbs cəzası gözləyir.

Xatırladaq ki, Robinyo 2020-ci ildə karyerasını başa vurub. Onun son klubu Braziliyanın “Santos”u olub.

# 1827
avatar

Oxşar yazılar