Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldo millinin Millətlər Liqasında qazandığı qələbədən sonra karyerasını başa vurmasından danışıb.
Lent.az xəbər verir ki, Ronaldo hələ də davam etmək istədiyini bildirib:
"Bilirsiniz, mənim neçə yaşım var. Açığı, əvvəlkindən də sona yaxınam, amma hər anımdan həzz almalıyam. Əgər ciddi zədə almasam, davam edəcəyəm".
İyunun 8-də Portuqaliya finalda İspaniyaya qalib gələrək Millətlər Liqasının qalibi olub. Qarşılaşma əsas vaxtda 2-2 hesabı ilə başa çatıb və Ronaldo 1-2 hesabı ilə uduzduqları zaman portuqallara hesabı bərabərləşdirməyə imkan verən qolu vurub. İkinci hissədə futbolçu zədələnərək əvəzləndiyi üçün o, 5-3 hesabı ilə Portuqaliyanın xeyrinə bitən 11 metrlik zərbələr seriyasında iştirak etməyib.
Bununla da Ronaldo milli komandası ilə ikinci dəfə Millətlər Liqası kubokunu qazanıb. Ümumilikdə, forvardın millidə üç kuboku var və o, 2016-cı ildə də Avropa çempionatının da qalibi olub.