“Sabah”ın baş məşqçisi: Qələbə uğrunda sona qədər mübarizə aparacağıq
01 oktyabr 2023 23:02 (UTC +04:00)

“Sabah”ın baş məşqçisi: Qələbə uğrunda sona qədər mübarizə aparacağıq

Komandamızın hazırlığı məni qane edir. İlk oyundan gözləntilərə gəldikdə, sona qədər mübarizə aparıb qələbə qazanmaq üçün mümkün olan hər şeyi edəcəyik.

Lent.az xəbər verir ki, bunu “Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev FIBA Avropa Kubokunda Niderland təmsilçisi “Donar” ilə oyundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Şimali makedoniyalı mütəxəssis bildirib ki, azərbaycanlı basketbol həvəskarlarını sevindirmək üçün əllərindən gələni etməyə çalışacaqlar: “Hər üç oyunda qələbə üçün sona qədər mübarizə aparacağıq. Basketbolçularımın simasında əsl döyüşçü obrazı görmək istəyirəm. Rəqiblərimizin avrokubok təcrübəsi olsa da, hər üç oyunda qələbə qazana bilərik”.

Qeyd edək ki, A qrupunda yer alan “Sabah” klubunun “Donar” ilə görüşü oktyabrın 2-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı saat 19:30-da başlayacaq. Azərbaycan çempionu oktyabrın 3-də “Rabotniçki” (Skopye, Şimali Makedoniya), iki gün sonra isə “Rapid” (Buxarest, Rumıniya) ilə qarşılaşacaq.

# 1317
avatar

Oxşar yazılar

Təbriz klubu ikinci pilləyə yüksəldi

Təbriz klubu ikinci pilləyə yüksəldi

7 dekabr 2023 , 23:17
“İnter”lə  müqaviləni uzatmaqdan   imtina etdi

“İnter”lə müqaviləni uzatmaqdan imtina etdi

7 dekabr 2023 , 19:32
Poqba futboldan kənarlaşdırılır

Poqba futboldan kənarlaşdırılır

7 dekabr 2023 , 18:02
111 illik tarixində ilk dəfə  aşağı liqaya   düşdü

111 illik tarixində ilk dəfə aşağı liqaya düşdü

7 dekabr 2023 , 12:44
Qvardiola karyerasına son qoyur

Qvardiola karyerasına son qoyur

7 dekabr 2023 , 11:20
Baş məşqçi  Messiyə görə   millidən ayrılır

Baş məşqçi Messiyə görə millidən ayrılır

6 dekabr 2023 , 22:54
“Real” transferi üçün  son cəhdi   edəcək

“Real” transferi üçün son cəhdi edəcək

6 dekabr 2023 , 19:12
"Bavariya"dan  çox gözlənilməz    transfer

"Bavariya"dan çox gözlənilməz transfer

6 dekabr 2023 , 17:17