"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının 1/8 final mərhələsində "Qalatasaray"a qarşı oyunda qol vurub. Bu qol onun üçün əlamətdar olub.
Lent.az-ın məlumatına görə, Salah Çempionlar Liqasında 50 qola çatan ilk afrikalı oyunçu olub. O, buna nail olmaq üçün 97 oyun keçirib.
Məhəmməd Salah Çempionlar Liqasının bütün zamanların bombardiri siyahısında Terri Anri ilə birlikdə 10-cu yeri bölüşür.
“Liverpul” Türkiyənin "Qalatasaray" komandasını ümumi hesabda məğlub edib (0:1, 4:0) və dörddəbir finala yüksəlib və burada Fransa çempionu PSJ ilə qarşılaşacaq.