Sergen Yalçın bu komandanın  baş məşqçisi   ola bilər
27 sentyabr 2023 16:53 (UTC +04:00)

Sergen Yalçın bu komandanın baş məşqçisi ola bilər

Türkiyə Super Liqasının komandalarından olan "Samsunspor" Hüseyn Əroğlu ilə yollarını ayırmağa qərar verib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, açıqlamada bildirilir: “11 ildən sonra Super Liqa həsrətinə son qoyan çempionluğumuzun memarlarından olan məşqçimiz Hüseyn Eroğlu ilə bu gün keçirilən görüşlərdən sonra xoş niyyət və peşəkarlıq çərçivəsində yolların ayrılması qarşılıqlı razılaşdırılıb.

“Samsunspor”umuza verdiyi töhfələrə və bizə bəxş etdiyi xoşbəxtliyə görə dəyərli Hüseyn Eroğlumuza təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.

"Samsunspor" Hüseyn Eroğlunun gedişindən sonra Sergen Yalçınla danışıqlara başlayıb. Qara dəniz komandası Sergen Yalçınla anlaşa bilməsə, siyahılarında olan Aykut Kocaman və Rıza Çalımbay kimi digər məşqçilərlə görüşəcək.


 

# 3189
avatar

Oxşar yazılar