Səudiyyə Ərəbistanının baş məşqçisi postundan gedir
29 mart 2023 11:26 (UTC +04:00)

Səudiyyə Ərəbistanının baş məşqçisi postundan gedir

Fransalı baş məşqçi Erve Renar tezliklə Səudiyyə Ərəbistanı millisinin baş məşqçi postunu tərk edə bilər.

Lent.az bildirir ki, bu barədə Fransa mətbuatı xəbər verir. 

Mənbənin sözlərinə görə, mütəxəssis artıq istefa vermək qərarına gəlib və Fransanın qadınlardan ibarət komandasına rəhbərlik etmək təklifini nəzərdən keçirir. 

Renar 2019-cu ildən Səudiyyə Ərəbistanı millisini çalışdırır. Onun komandasının 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında ən mühüm uğuru dünya çempionları – Argentina millisi üzərində 2:1 hesablı qələbə olub. Səudiyyə Ərəbistanı millisi daha sonra Polşa və Meksikaya uduzaraq pley-offa vəsiqə qazana bilməyib. Bu ilin martında Səudiyyə Ərəbistanı yığması Boliviya və Venesuela milliləri ilə hər iki yoldaşlıq görüşündə eyni hesabla məğlub olub - 1:2.

Renar əvvəllər Qana, Zambiya, Anqola, Kot-d'İvuar və Mərakeş milli komandalarında çalışıb. O, 2012-ci ildə Zambiya və üç il sonra Fil Dişi Sahili komandası ilə ikiqat Afrika Millətlər Kubokunun qalibidir.

# 1038
avatar

Oxşar yazılar