sabiq basketbolçu Pol Pirs
06 aprel 2021 19:32 (UTC +04:00)

sabiq basketbolçu Pol Pirs

Striptizçilərlə canlı yayım açdı – İŞDƏN QOVULDU

MBA-nın sabiq basketbolçusu Pol Pirs analitik kimi çalışdığı ESPN-dəki işini itirib.

Apasport.az saytının məlumatına görə, onun qovulmasına basketbol veteranının sosial şəbəkədəki canlı yayımı səbəb olub.

“Boston Seltiks”in heyətində 2008-ci ilin MBA çempionu striptizçi qızlarla əylənməsini yayımlamağın güdazına gedib. O, dostları ilə birlikdə yarımçılpaq qadınların əhatəsində istirahət edib. Həmin striptizçilər masaj və rəqs etməklə Pirsi əyləndiriblər. Sabiq basketbolçu isə həmin an poker oynayır, spirtli içki içib, siqaret çəkib.

Onun hərəkətləri ictimaiyyət tərəfindən sərt tənqidlə qarşılanıb. Üzr istəmək fikrindən uzaq olan Pol ertəsi gün güldüyü əks olunan 4 saniyəlik video da paylaşıb.

Qeyd edək ki, Pirs karyerasını başa vurduğu 2017-ci ildən ESPN-də çalışırdı.

# 2268
avatar

Oxşar yazılar