Bu qış müdafiəçi Cavad El-Yamik Səudiyyə Ərəbistanının “Əl-Nəcmə” klubundan azad agent kimi ayrılaraq Sequnda Divizion klubu “Saraqosa”ya keçib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, yeni klubunda möhtəşəm debüt edib.
26-cı dəqiqədə El-Yamik "Saraqosa"nın qapısına ilk qolunu vurub;
55-ci dəqiqədə qol vurub, amma bu dəfə topu öz qapısına göndərib;
90+3-cü dəqiqədə birbaşa qırmızı vərəqə alıb.

İspan jurnalist Fran Martines iki divizionun - La Liqa və Sequndanın - tarixində belə bir hadisənin ilk dəfə baş verdiyini paylaşıb. İndiyə qədər heç bir debütant həm öz komandasına, həm də rəqib komandaya qol vurub meydandan qovulmayıb.
Cavad El-Yamik keçmişdə “Genoa”, “Peruca”, “Valyadolid” və “Əl-Vahda” klublarında çıxış edib.