“Tottenhem”ə qapıçısı ilə bağlı  BƏD XƏBƏR
08 fevral 2023 17:25 (UTC +04:00)

“Tottenhem”ə qapıçısı ilə bağlı BƏD XƏBƏR

"Tottenhem"in qapıçısı Uqo Loris dizindən aldığı zədə səbəbindən ən azı 6-8 həftə meydana çıxa bilməyəcək. 

Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verir.

Qapıçı İngiltərə çempionatının 22-ci turunun "Mançester Siti" ilə oyununun (1:0) sonunda zədələnib.

Əlavə edilir ki, London klubunun düşərgəsində fransızın əməliyyat olmadan da sağalacağına ümid edirlər, futbolçunun vəziyyəti izlənməyə davam edəcək.
 

# 1632
avatar

Oxşar yazılar