Tramp İranı necə məhv etdiyini  anlatdı, Messi ALQIŞLADI
06 mart 2026 12:16 (UTC +04:00)

Tramp İranı necə məhv etdiyini anlatdı, Messi ALQIŞLADI

0

ABŞ prezidenti Donald Tramp Ağ evdə MLS çempionu “İnter Mayami” komandasını qəbul edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mərasim zamanı Tramp İrana qarşı sərt açıqlamalar verib və bu açıqlamalar dünyaca məşhur futbolçular Lionel Messi və Luis Suaresin alqışları ilə qarşılanıb. Trampın İranla bağlı açıqlamaları və Messi ilə Suaresin reaksiyaları müzakirələrə səbəb olsa da, Messinin gülüşü xüsusilə diqqət çəkib.

Tepki yağıyor! Trump İran'ı nasıl katlettiğini anlattı, Messi alkışladı

Tramp çıxışında İrana qarşı sərt ifadələr işlədib. ABŞ prezidenti İranın Yaxın Şərqdəki bir neçə ölkəni hədəf aldığını iddia edərək bildirib: "İran hərbi qvardiyası və İran polisi silahlarını yerə qoymalıdır, əks halda hamısı öldürüləcək. İran Yaxın Şərqdəki hər bir ölkəyə raket atıb. Sonra biz gəlib onların planlarını suya düşürdük".

Tepki yağıyor! Trump İran'ı nasıl katlettiğini anlattı, Messi alkışladı

Tramp həmçinin İrana ünvanladığı sözləri davam etdirərək deyib: "Biz sizə tarixin doğru tərəfində olmaq imkanı veririk. Əks halda, mütləq ölümlə üzləşəcəksiniz".

Tepki yağıyor! Trump İran'ı nasıl katlettiğini anlattı, Messi alkışladı

Trampın çıxışı zamanı "İnter Mayami"nin ulduz futbolçuları Lionel Messi və Luis Suaresin alqışladığı görülüb. Messinin həmin anda gülməsi də diqqəti cəlb edib. Sosial mediada yayılan görüntülər qısa müddətdə müzakirə mövzusuna çevrilib və Messinin reaksiyası futbol dünyasında fərqli şərhlərə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 911

Oxşar yazılar