Türkiyə Superliqası: “Fənərbaxça”dan inamlı qələbə
09 fevral 2026 23:09 (UTC +04:00)

Türkiyə Superliqası: “Fənərbaxça”dan inamlı qələbə

0

Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir.

Lent.az xəbər verir ki, bu gün “Fənərbaxça” meydana çıxıb.

İstanbul nəhəngi “Gençlerbirliği”ni qəbul edib. Meydan sahibləri matça fəal başlayıb. Komanda ilk hissədə üç qol vurub. Öncə Anderson Talişka penaltidən fərqlənib, ardından Kerem Aktürkoğlu dubl müəllifi olub.

Oyunun ikinci yarısı isə məhsuldar alınmayıb. Yalnız bir qol vurulub. Qonaqlar Seku Koyta ilə təsəlli topuna imza atıb - 1:3.

Qeyd edək ki, xallarının sayını 49-a çatdıran “Fənərbaxça” “Qalatasaray”la xal fərqini yenidən 3-ə endirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 195

Oxşar yazılar