UEFA "Çelsi"ni cərimələyəcək  - Qadın klubuna görə
05 aprel 2025 19:32 (UTC +04:00)

UEFA "Çelsi"ni cərimələyəcək - Qadın klubuna görə

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) "Çelsi"ni qadın komandasını London klubunun sahibləri “Blueco 22 Midco Ltd”nin ana şirkətinə satdığına görə cərimələyə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, UEFA-nın "Çelsi"ni bu cür saxtakarlığa görə cəzalandıracağı gözlənilir. Çünki sövdələşmənin təşkilatın maliyyə qaydalarını pozması ehtimalı var və bu, klublara aktivlərin törəmə şirkətlərə satışından əldə edilən gəlirləri qeydiyyata almağa imkan vermir. Böyük ehtimalla, "mavilər" cərimələnəcək.

İngiltərə çempionatında keçirdiyi 30 görüşdən sonra "Çelsi" 52 xal toplayıb və turnir cədvəlində üçüncü yerdə qərarlaşan "Nottingem"dən 5 xal geri qalaraq dördüncü yerdə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970

Oxşar yazılar