"Ronaldoya 3 ölkədən təklif gəlib"
17 iyun 2017 20:58 (UTC +04:00)

"Ronaldoya 3 ölkədən təklif gəlib"

0

Kriştianu Ronaldonun Madrid “Real”ından ayrılacağı ilə bağlı yayılan söz-söhbətlər artmaqdadı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “qalaktikos”u tərk etmək istəyən superulduz təkliflər almağa başlayıb.

 

Portuqaliya yığmasının üzvü ilə 3 ölkənin klubları danışıq aparırlar. Bunlar İngiltərə, Fransa və Çin təmsilçiləridi. Məlumatı Ronaldonun agenti Jorje Mendeş yayıb.

 

Qeyd edək ki, karyerası ərzində “Sportinq” və “Mançester Yunayted” klublarında da çıxış etmiş Kriştianu Ronaldo 2009-cu ildən “Real”ın uğurları üçün çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar