Azərbaycan çempionatının 8-ci turunda “Sumqayıt”la oyunda əvəzləndiyi üçün etiraz edən, daha doğrusu, baş məşqçi Arif Əsədovun əlini sıxmayan "Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev bağışlanıb. Gənc yarımmüdafiəçini əvəzedici heyətə göndərməklə cəzalandıran rəhbərlik onu əfv edib. Belə ki, “İnter”lə oyunda iştirak edə bilməyən Araz yenidən “Neftçi”nin əsas heyətinə qaytarılıb. Bu məlumatı Lent.az-a açıqlamasında “flaqman”ın baş məşqçisi Arif Əsədov da təsdiqləyib: “Bəli, Arazı əsas komandaya qaytardıq. Onun komandaya lazımlı futbolçu olduğunu nəzərə alıb, bu dəfə güzəştə getdik. Özü də səhv etdiyini anladı və üzr istədi”.

Oxşar yazılar

FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39
“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı
18 iyul 2025 , 00:39
Azərbaycanın iki güləşçisi Macarıstanda gümüş medal qazandı
17 iyul 2025 , 22:32
Ronaldo “Qızıl top”unun birini satdı – SƏBƏB
17 iyul 2025 , 19:20