Türkiyə yığmasının və “Atletiko”nun futbolçusu Arda Turan FİFA-nın rəsmi saytına açıqlama verib. Millinin hazırkı vəziyyətinə toxunan 27 yaşlı yarımmüdafiəçi “Türkiyə nə vaxt böyük turnirlərə vəsiqə qazanacaq?” sualını belə cavablandırıb: “Ümid edirəm ki, yaxında. Hər gün bunun üçün dua edirəm. Avro-2008-də yarımfinala qədər yüksəldik və çox böyük təcrübə qazandıq. Həmin potensial indi də bizdə var. Yeganə çatışmazlığımız komanda halında müdafiə oluna bilməməyimizdir. Fatih Terimin üzərinə çox düşüblər. Amma onun milliyə qayıdışı məni çox sevindirdi. Terim mənim üçün həm məşqçi, həm dost, həm də atadır. İş tərzinə görə mənə Dieqo Simeoneni xatırladır. Hücum etmək Türkiyə millisinin qanındadır. Lakin müdafiə olunmağı yaxşı bacarmırıq”.

Oxşar yazılar

“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı
18 iyul 2025 , 00:39
Azərbaycanın iki güləşçisi Macarıstanda gümüş medal qazandı
17 iyul 2025 , 22:32
Ronaldo “Qızıl top”unun birini satdı – SƏBƏB
17 iyul 2025 , 19:20
Elnenini xatırlayırsınız? Ərəb klubuna keçəndən sonra arvadını aldadıb - yeni sevgilisi hamilədir
17 iyul 2025 , 14:55
"Mançester Yunayted" heç bir oyunçu satmadan 24 milyon avro qazandı
17 iyul 2025 , 12:39
“Real”ın yeni futbolçusu klubun lənətlənmiş nömrəsini götürdü - Uğur qazanacaqmı?
17 iyul 2025 , 09:39
Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?
17 iyul 2025 , 02:35