Fransa yığmasının sabiq üzvü, əfsanəvi futbolçu Zinəddin Zidan mətbuata açıqlamasında həmyerlisi Pol Poqba haqda danışıb. Lent.az-ın məlumatına görə, “Zizu” “Yuventus”da çıxış edən 21 yaşlı yarımmüdafiəçini tərifləyib: “Poqbanın bu yaşda etdikləri inanılmazdır. Bəlkə də onun haqda həddindən çox danışırlar, ancaq Pol bu tempdə davam etsə, futbol tarixinin ən güclü oyunçularından birinə çevriləcək. Poqba özündə Klod Makelele və Patrik Vieyranın keyfiyyətlərini birləşdirir. Əgər baş məşqçisi olsaydım, mən onu yarımmüdafiənin mərkəzində hücumameyilli oynadardım. Poqba nə vaxtsa “Real”a keçəcəkmi? Bunu zaman göstərəcək”.

Oxşar yazılar

FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39
“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı
18 iyul 2025 , 00:39
Azərbaycanın iki güləşçisi Macarıstanda gümüş medal qazandı
17 iyul 2025 , 22:32
Ronaldo “Qızıl top”unun birini satdı – SƏBƏB
17 iyul 2025 , 19:20