Lamin Yamal sosial mediada anası ilə yeni bir şəkil paylaşıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onlar 18 yaşlı Laminin maaşı ilə aldıqları böyük evlərində birlikdə idmanla məşğul olurlar.

Yamal bu il Kataloniya klubu ilə müqaviləsini 2031-ci ilə qədər uzadıb.
İspaniyalı futbolçu yeni müqaviləsinə əsasən ildə təxminən 15 milyon avro qazanır ki, bu da əvvəlki maaşından üç dəfə çoxdur.