Lamin Yamal etiraf edib ki, uşaq vaxtı Lilonel Messinin oyununu öyrənməyə saatlarla vaxt sərf edib, amma onun oyun ritmlərini yox.
"Uşaq vaxtı Messinin ötürmələrini öyrənirdim. Digər oyunçular yaxşı ötürmələr edirdilər, amma Messininki demək olar ki, qol kimi idi. Həmişə ötürmənin driblinqdən daha maraqlı olduğunu düşünürdüm. O, daha ağıllıdır", - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Yamal deyib.
Bu gün o, "Barselona"nın 10 nömrəli formasını geyinir və bu mövsüm 14 oyunda 7 qol vurub və 8 məhsuldar ötürmə edib.
Görünür, Messinin dərsləri öz bəhrəsini verib.