Yayda “Bavariya”dan  gedəcəyi   təqdiqləndi
21 fevral 2024 18:57 (UTC +04:00)

Yayda “Bavariya”dan gedəcəyi təqdiqləndi

"Bavariya"nın baş direktoru Yan-Kristian Drezen klubun bu mövsümün sonunda baş məşqçi Tomas Tuxellə yollarını ayırmaq qərarını şərh edib.

“Açıq, xoş söhbətdə biz yayda əməkdaşlığımızı qarşılıqlı şəkildə dayandırmaq qərarına gəldik. "Bavariya"nın məqsədi növbəti mövsüm üçün yeni baş məşqçi ilə idmanın yenidən qurulmasını həyata keçirməkdir”, - Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Drezen vurğulayıb.

Onun sözlərinə görə, o vaxta qədər klubdakı hər bir şəxs Çempionlar Liqasında və Bundesliqada mümkün olan ən yaxşı nəticəni əldə etmək vəzifəsi daşıyır: “Mən də komandanın üzərinə məsuliyyət qoyuram. Xüsusilə Çempionlar Liqasında Romada “Latsio” ilə ilk oyunda 0:1 hesablı məğlubiyyətdən sonra 1/4 finala yüksələcəyimizə əminik”, -  “Bavariya”nın rəsmisi söyləyib.

Bu mövsüm Bundesliqanın 22 turundan sonra "Bavariya" lider “Bayer”dən 8 xal geri qalaraq, turnir cədvəlində ikinci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3372
avatar

Oxşar yazılar