"Yuventus" 5 futbolçusu ilə  müqaviləni yeniləməyəcək
07 fevral 2023 18:30 (UTC +04:00)

"Yuventus" 5 futbolçusu ilə müqaviləni yeniləməyəcək

"Yuventus" yayda 5 futbolçu ilə ayrılmaq niyyətindədir. 

Lent.az bildirir ki, “La Gazzetta dello Sport”un yazdığına görə, İtaliya klubu Adrien Rabiot, Aleks Sandro, Juan Kaudrado, Leandro Paredes və Angel Di Maria ilə müqaviləni yeniləməyəcək, 

Futbolçuların müqavilələri bu mövsümün sonuna kimi hesablanıb. Bunun sayəsində "Yuventus" gələn mövsümdə təxminən 70 milyon avro maaşa qənaət edəcək.

Xatırladaq ki, yanvarda “Yuventus” klubun keçmiş rəhbərliyinin maliyyə fırıldaqları ilə bağlı A seriyasında 15 xal itirmişdi.

# 1320
avatar

Oxşar yazılar