“Yuventus” “Milan”ın ulduzunu ələ keçirməyə  cəhd edə bilər
14 noyabr 2025 14:51 (UTC +04:00)

“Yuventus” “Milan”ın ulduzunu ələ keçirməyə cəhd edə bilər

0

"Milan"ın qapıçısı Mayk Menyan "Yuventus"un diqqətini cəlb edib. 

Lent.az bildirir ki, "La Gazzetta dello Sport"un məlumatına görə, “Yuventus” Massimiliano Alleqrininin komandasının kapitanın heyətinə qatmaq istəyir.

Turin klubunun qapıçının 2026-cı il üçün transferini yekunlaşdırmaq üzərində işlədiyi bildirilir. Menyanın "rossonerlər" ilə müqaviləsi gələn yaya qədərdir. "Milan"la müqavilənin uzadılması ilə bağlı danışıqlar dayandırılıb və "Yuventus" bu fürsətdən istifadə etməyə çalışır.

Məlum olduğu kimi, Menyan bu mövsüm 12 oyunda iştirak edib və doqquz qol buraxıb. Fransız futbolçu altı dəfə qapısını toxunulmaz saxlayıb. "Çelsi" və "Bavariya" da onunla maraqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar