"Yuventus"un yeni baş məşqçisi  bilindi
28 may 2024 14:07 (UTC +04:00)

"Yuventus"un yeni baş məşqçisi bilindi

"Yuventus" yeni baş məşqçisi Tiaqo Mottanın transferini başa çatdırmaq üzrədir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, "Yuventus" italiyalı mütəxəssisin nümayəndələrinə 3 illik müqavilə imzalamaq üçün lazımi sənədləri göndərib. Tərəflər müqaviləni bütün detallar razılaşdırıldıqdan sonra keçən həftə imzalamaq barədə razılığa gəliblər.

Motta məşqçilik karyerası ərzində “Cenoa”, “La Spezia” və “Bolonya”ya rəhbərlik edib.

Məşqçi 2022-ci ilin sentyabrında “Bolonya”nı çalışdırmağa başlayıb. Mütəxəssisin müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Onun rəhbərliyi altında "Bolonya" tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.

38 turdan sonra "Bolonya" 68 xalla A Seriyasında 5-ci yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5166
avatar

Oxşar yazılar