“Real”ın keçmiş baş məşqçisi, əfsanəvi fransız futbolçu Zinəddin Zidan ABŞ kubokunun final oyununa qatılıb və "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi və klubun sahiblərindən biri, ingilis Devid Bekhemlə görüşüb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, finalda Messinin olmadığı "İnter Mayami" "Hyuston Dinamo"ya 1:2 hesabı ilə uduzub.
Messi əzələ zədəsi səbəbindən üçüncü oyunu buraxıb.