Azərbaycan Ukraynada turizm sərgisində təmsil olunacaq
Oktyabrın 11-dən 13-dək Ukraynanın paytaxtı Kiyevdə “Ukraine International Travel Market” adlı beynəlxalq turizm sərgisi keçiriləcək. Mədəniyyət və turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, sərgidə nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə ölkəmizin nümayəndə iştirak edəcək. Nümayəndə heyətinə şöbənin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu, “Regea Travel”, “Billur Tour”, “Geo Travl”, “Millennium Tourism & Congress DMC”, “Gilan turizm”, “Qranit AS” və “Safe Way” şirkətlərinin nümayəndələri daxildir.
Sərgidə ölkəmizin turizm potensialının nümayiş etdirilməsi məqsədilə Nazirlik tərəfindən 48 kv.m. lövhə icarəyə götürülüb. Burada paytaxt Bakı və regionlarımızın turizm imkanlarını əks etdirən 30 adda reklam-çap məhsulları yerləşdiriləcək. Təbliğat materialları stendimizlə maraqlanan ziyarətçilərə paylanacaq.
Qeyd edək ki, Azərbaycan Ukrayna sərgisində artıq 5-ci dəfədir, iştirak edir.
Jalə

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04